Qüdrət Həsənquliyev İtaliyadakı səfiri tənqid edib - YENİLƏNİB
16 dekabr 2014 13:17 (UTC +04:00)

Qüdrət Həsənquliyev İtaliyadakı səfiri tənqid edib - YENİLƏNİB

 

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İtaliyadakı səfirliyinin fəaliyyətindən narazılıq ifadə olunub.

 

 

Lent.az-ın xəbərinə görə, iclasda çıxış edən deputat Qüdrət Həsənquliyev səfirin fəaliyyətini tənqid edib: "Bizim bu yaxında İtaliyada tədbirimiz var idi, səfir Vaqif Sadıqov da gəldi. Cəmi bir neçə dəqiqə oturdu, Senatın sədrinin müavini çıxış edəndən sonra onunla getdi. Biz Dini Qurummlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə birgə görüş keçirdik. Səfir bizi müşayiət etmədi, heç olmasa səfirliyə çay süfrəsinə də dəvət etmədi. Amma biz görürük ki, Avropadan bura qonaqlar gələndə müvafiq ölkələrin səfriləri onları qarşılayıb yola salırlıar. Məncə, bu məsələ XİN-in diqqətini cəlb etməlidir”.

 

Spiker Oqtay Əsədov isə İtaliyadakı səfir Vaqif Sadıqovun kifayət qədər təcrübəli diplomat olduğunu qeyd edib. O bildirib ki, bu məsələni araşdıracaq.

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə deyib ki, Q, Həsənquliyevin qaldırdığı məsələ texniki xarakter daşıyır: “Azərbaycanın İtaliyadakı səfiri Vatikanda akkretidasiyadan keçməyib. Vatikanın şərtlərinə görə, İtaliyadakı fövqəladə və səlahiyyətli səfir Vatikanda eyni statusa malik ola bilməz. Hər bir ölkə ya Vatikana ayrıca səfir təyin etməlidir, ya da o səlahiyyəti başqa ölkədən olan səfirinə verməlidir. Azərbaycanın Vatikandakı fövqəladə və səlahiyyətli səfiri isə Fransadakı səfirimiz Elçin Əmirbəyovdur”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308
avatar

Oxşar yazılar