Qubad İbadoğlunun daha bir fəal tərəfdarı Müsavatdan xaric edildi
02 sentyabr 2015 15:55 (UTC +04:00)

Qubad İbadoğlunun daha bir fəal tərəfdarı Müsavatdan xaric edildi

 

Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) növbəti toplantısı keçirilib. 

 

MNTK sədri Sevinc Hüseynovanın APA-ya verdiyi məlumata görə, iclasda Müsavat Partiyası Ağstafa rayon təşkilatının üzvü İsmayıl Nəzərlinin (İsmayıl Kəsəmənli) sosial şəbəkələrdə partiya Nizamnaməsinə zidd olaraq, xüsusilə parlament seçkilərinə start verildikdən sonra partiya rəhbərliyinin, sabiq başqan İsa Qəmbərin ünvanına yazdığı təhqiredici və aşağılayıcı yazılar və mətbuata verdiyi müsahibələr müzakirə olunub: “MNTK geniş müzakirələrdən sonra partiyanın üzvü İsmayıl Nəzərlini Müsavat Partiyası Nizamnaməsinin preambulasının 6-cı və 1.9-cu bəndlərinin və proqramının təməl prinsiplərini müəyyən edən II bölməsinin 6-cı bəndinin tələblərinə əməl etmədiyinə görə partiya sıralarından xaric etmək haqqında qərar qəbul edib”.

 

Daha sonra İsa Qəmbərə qarşı apardığı təbliğata görə partiyanın Sabunçu rayon təşkilatının üzvü Elşən Həsənova xəbərdarlıq olunub.

 

Qeyd edək ki, İsmayıl Nəzərli (Kəsəmənli) başqanlığa keçmiş namizəd, partiyadan xaric olunmuş Qubad İbadoğlunun fəal tərəfdarlarından biridir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Oxşar yazılar