Qubad İbadoğluna son xəbərdarlıq edildi
02 fevral 2015 18:47 (UTC +04:00)

Qubad İbadoğluna son xəbərdarlıq edildi

Bu gün Müsavat Partiyasının Divanının iclası keçirilib.

Müsavat başqanının müavini Elman Fəttah Lent.az-a bildirib ki, iclasda partiyadaxili məsələ kimi Qubad İbadoğlunun və Ellada Məmmədlinin son dövrlər fəaliyyəti müzakirə olunub: “Ellada Məmmədli Divanda iştirak etdi və bir sıra sualları cavablandırdı. Bir sıra xidmətləri də nəzərə alınaraq partiyadan çıxarılma yox, ona daha bir şans verilməsi üçün xəbərdarlıq olunması barədə qərar qəbul olundu".

 

Onun sözlərinə görə, Qubad İbadoğlunun Divanda iştirak etməməsi üzrsüz səbəb kimi qiymətləndirilib və sayğısızlıq hesab edilib: “Buna görə də ona sonuncu xəbərdarlıq olundu. Qubad İbadoğlu sonuncu dəfə Divana dəvət olunacaq və iştirak edib-etməməsinə baxmayaraq, barəsindəki məsələ müzakirə ediləcək". 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 224

Oxşar yazılar