Qubad İbadoğlu Müsavatı silkələdi: ADR hərəkatı yaradıldı
03 dekabr 2014 11:17 (UTC +04:00)

Qubad İbadoğlu Müsavatı silkələdi: ADR hərəkatı yaradıldı

0

Qubad İbadoğlu və tərəfdarları “Azərbaycan Demokratiya və Rifah” (ADR) Hərəkatını təsis edib. Lent.az-ın xəbərinə görə, hərəkatın bəyannaməsini yayımlanıb. “Azərbaycan Demokratiya və Rifah” hərəkatının lideri Qubad İbadoğludur. ADR Hərəkatının təsisçiləri Vurğun Əyyub, Adil Qeybulla, İbrahim İbrahimli, Ellada Məmmədli, Səxavət Əlisoy, Məlahət Mürşüdlü, Ədalət Yusifov, Əhliman Abbas, Taleh Əliyev, Rafiq Abdullalı, İsmayıl Yusifov və Əlövsət Talışxanlıdır.

 

Siyasi, etnik, dini, milli  mənsubiyyətindən asılı olmayaraq hərəkatın məqsəd və prinsiplərini qəbul edən istənilən Azərbaycan vətəndaşı ADR Hərəkatının üzvü ola bilər. ADR-in idarəetmə orqanları yaxın zamanlarda üzvlərin iştirakı ilə keçirilməsi planlaşdırılan təsis yığıncağında formalaşdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar