Müsavat Partiyası Divanının keçmiş üzvü Qubad İbadoğlu partiya başqanlığına namizədliyini rəsmən irəli sürüb.
APA-nın məlumatına görə, Q. İbadoğlu bu gün keçirdiyi mətbuat konfransında başqanlığa namizəd olmaq üçün Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri, Müsavat başqanı İsa Qəmbərə ərizə ilə müraciət etdiyini, namizədliyinin qeydə alındığını bildirib.
Q. İbadoğlu seçki platformasını da açıqlayıb, başqan seçiləcəyi təqdirdə, görəcəyi işlərdən danışıb.