Qənirə Paşayeva xarici TV-lərə Qarabağla bağlı müsahibələr verib
08 iyul 2016 17:48 (UTC +04:00)

Qənirə Paşayeva xarici TV-lərə Qarabağla bağlı müsahibələr verib

 

Millət vəkili Qənirə  Paşayeva Beynəlxalq Qadın Konfransı çərçivəsində bir sıra Avropa və ərəb ölkələri televiziya kanallarına Qarabağ həqiqətləri ilə bağlı geniş müsahibələr verib.

 

Lent.az-ın məlumatına görə,  millət vəkili Azərbaycanın müstəqilliyini yenidən bərpa etməyə başladığı illərdə üzləşdiyi problemlərdən danışıb. O bildirib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək, Azərbaycanın 20 faiz torpağını işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır ki, öz yurd-yuvasından uzaqdır.

 

Q. Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, Beynəlxalq Təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün öz evlərinə dönə bilmir. Q.Paşayeva ön cəbhədə baş verən son hadisələr, Ermənistanın mülkü azərbaycanlılara qarşı törətdiyi cinayətlər barədə də geniş məlumat verib və onların suallarını cavablandırıb, bu problemə yanaşmada hər zaman ədalətli olmağa çağırıb. Millət vəkili müsahibələr zamanı eyni zamanda Azərbaycanda görülən işlər, əldə edilən uğurlar, ölkəmizin iqtisadi inkişafı, turizm potensialı, zəngin mədəniyyəti və multukulturalizlə bağlı dünyada örnək ölkələrdən biri olması, bu istiqamətdə görülən işlər, qadınların cəmiyyətdə rolunun genişləndirilməsi məsələsinə böyük diqqətin olması barədə də danışıb və sualları cavablandırıb.

 

Q.Paşayeva müsahibə verdiyi və görüşdüyü bir sıra Avropa və ərəb ölkələri televiziya kanallarına, mətbuat və agentliklərinə Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən materiallar, ingiliscə sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. Millət vəkili tədbir çərçivəsində "Bloomberg News" un redaktoru Lisa Kassenaar ilə də görüşüb və geniş fikir mübadiləsi və müzakirələr aparılıb və Lisa Kassenaarı ölkəmizə dəvət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 196
avatar

Oxşar yazılar