Qənirə Paşayeva Sudan və Uqanda nazirləri ilə görüşüb
25 iyul 2016 11:56 (UTC +04:00)

Qənirə Paşayeva Sudan və Uqanda nazirləri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Sudanın Sərmayələr naziri Osama Faisal Elsayed, Uqandanın nazirləri Musumba İsaak, Namuganza Persis və millət vəkili Anita Among Annet ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə millət vəkili onlara  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi barədə ətraflı məlumat verib.

 

Q. Paşayeva nazir və millət vəkillərinə Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi  vandalizm aktlarını, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən materialları, “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da təqdim edib. Sudanın Sərmayələr naziri Osama Faisal Elsayed, Uqandanın nazirləri Musumba İsaak, Namuganza Persis və millət vəkili Anita Among Annet ölkələrinin Azərbaycanla dostluğun inkişafında  maraqlı olduğunu və buna böyük önəm verdiklərini deyərək əməkdaşlığın daha da genişlənməsinin vacibliyini vurğulayıblar və geniş fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 133
avatar

Oxşar yazılar