Qənirə Paşayeva gürcü deputatlarla və nazirlə görüşüb
Millət vəkili Qənirə Paşayeva gürcü rəsmiləri ilə görüşüb. Lent.az-ın məlumatına görə, millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun sədri Q. Paşayeva Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Zurab Tkemaladze və Gürcüstan Parlamentində təmsil olunan Azərbaycanlı deputatı Mahir Dərziyev və Əli Məmmədovla görüşərək, fikir mübadiləsi aparıb. Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun sədri Zurab Tkemaladze və Azərbaycanlı millət vəkillərini Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edən Azərbaycan-Gürcüstan Parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Q. Paşayeva bildirib ki, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupu tərkibinə görə Milli Məclisin böyük parlamentlərarası dostluq qruplarından biridir: “Azərbaycan rəhbərliyi Gürcüstanla münasibətlərə böyük önəm verir. Eyni zamanda, Gürcüstan rəhbərliyinin də Azərbaycanla münasibətlərə böyük önəm verdiyini qeyd etmək olar. Bu, bizim üçün böyük örnəkdir”.
Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Z. Tkemaladze Azərbaycan-Gürcüstan parlamentlərarası münasibətlərin inkişafında iki ölkənin parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib.
Q. Paşayeva həmçinin Gürcüstanın xarici işlər naziri Maya Pancikidze ilə də görüşüb.
628