"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi arasında 2014-cü il üçün əməkdaşlıq Planı"na əsasən Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olub. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, keçirilən tədbir zamanı qonaqlara liseyin tədris və maddi-texniki bazası haqqında ətraflı məlumat verilib.