Qarabağ blokunun toplantısı keçirilib
20 avqust 2014 18:13 (UTC +04:00)

Qarabağ blokunun toplantısı keçirilib

Bu gün Ümid Partiyasının mərkəzi qərargahında Qarabağ Blokunun növbəti toplantısı keçirilib. Lent.az-ın xəbərinə görə, toplantıda həftə ərzində ölkədə, regionda və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə mövzusu olub.

Blok üzvləri səhhətlərində ciddi problem yaranmış tanınmış hüquq müdafiəçiləri İntiqam Əliyev, Leyla və Arif Yunuslar barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün ölkə prezidenti İlham Əliyevə müraciət ediblər.

Blok üzvləri eyni zamanda, Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin Naxçıvanda keçirilən görüşünün əhəmiyyətindən də danışıblar. Bildirilib ki, NATO üzvü olan Türkiyənin fəal iştirakı ilə keçirilin bu görüş ölkəmizin, eləcə də Gürcüstanın Avroatlantik məkana inteqrasiyası baxımından çox əhəmiyyətlidir.

Həmçinin qeyd olunub ki, Ermənistanın işğalçılıq niyyətlərindən və qonşu dövlətlərə qarşı əsassız torpaq iddialarından geri çəkildiyi halda, Azərbaycan və Gürcüstanla birgə beynəlxalq layihələrdə iştirak etməsi və  NATO-ya inteqrasiya Cənubi Qafqazda sülhün, təhlükəsizliyin davamlı və əbədi olmasına xidmət edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531
avatar

Oxşar yazılar