Azərbaycanda həbs edilən şəxs Türkiyəyə təhvil verilib
16 iyul 2016 11:33 (UTC +04:00)

Azərbaycanda həbs edilən şəxs Türkiyəyə təhvil verilib

“Tevhid-Selam və Qüds ordusu təşkilatını qurmaq və idarə etmək” ittihamları ilə bağlı 12 il 6 ay həbs cəzasına məhkum edilən Mehmet Ali Tekin Azərbaycandan Türkiyəyə təhvil verilib. APA-nın gunes.com saytına istinadən verdiyi xəbərə görə, M.A. Tekin İstanbul Bakırköy prokurorluğuna aparılıb.

 

Qeyd edək ki, 2013-cü ilin 17 yanvar tarixində Ankara 1-ci Ağır Cəza Məhkəməsi “Umut” əməliyyatı çərçivəsində Mehmet Ali Tekin, Hasan Kılıç və Ekrem Baytapı “Tevhid-Selam və Qüds ordusu təşkilatını qurmaq və idarə etmək” ittihamları ilə bağlı 12 il 6 ay həbs cəzasına məhkum edib.

 

 

Mehmet Ali Tekin bu il Türkiyədən Naxçıvana keçərkən saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 136
avatar

APA Baycan

Oxşar yazılar