Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.
Lent.az-ın məlumatına görə, səfərdə məqsəd dekabrın 1-də Ankarada baş tutacaq Türkiyə-Rusiya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etməkdir. İclasın əsas müzakirə mövzusu iki ölkə arasındakı iqtisadi əlaqələr olacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Putin xarici ticarətdə 100 milyard dollarlıq hədəf üçün addımları təyin edəcəklər. Bundan əlavə, Ankara Rusiyadan təbii qazın satış qiymətinin azaldılmasını istəyəcək. İclasda həmçinin Suriya və Ukrayna başda olmaqla, beynəlxalq və regional məsələlər müzakirəyə çıxarılacaq.