Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı “İŞİD” terrorçu qruplaşmasından gələn təhlükəni müzakirə ediblər. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilib.
Bundan başqa, prezidentlər ikitərəfli əməkdaşlıq, o cümlədən, ilin sonunda Türkiyədə keçiriləcək yüksək səviyyəli əməkdaşlıq Şurasının 5-ci toplantısına hazırlıq məsələlərini müzakirə ediblər. Tərəflər Rusiya-Türkiyə iqtisadi-ticarət, həmçinin aqrar və yüksək texnologiyalar sahəsində əlaqələrin genişlənməsinin vacibliyini qeyd ediblər.