Putin Azərbaycan prezidentini Yeni il münasibətilə təbrik edib
31 dekabr 2014 19:05 (UTC +04:00)

Putin Azərbaycan prezidentini Yeni il münasibətilə təbrik edib

0

Putin Azərbaycan prezidenti İlham Əliyevi Yeni il münasibəti ilə təbrik edib.

 

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, V. Putin təbrikində son vaxtlar Rusiya-Azərbaycan münasibətlərinin inkişafında önəmli uğurların əldə olunduğunu məmnunluqla qeyd edib.

 

 

“Fikrimcə, 2015-ci ildə də dövlətlərarası tərəfdaşlıq münasibətləri hər iki ölkənin xalqlarının rifahı, Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizlik və sabitliyin təminatının maraqları naminə uğurla inkişaf edəcək”, - deyə Rusiya prezidenti qeyd edib.

 

 

Qeyd edək ki, V. Putin digər MDB ölkələrinin liderlərinə, o cümlədən Ukrayna prezidenti Petro Poroşenkoya da Yeni il münasibətilə təbrik ünvanlayıb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 303

Oxşar yazılar