Bu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib.
Lent.az-ın AzTV-yə istinadən verdiyi məlumata görə, iclas 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub.
İclasda prezident İlham Əliyev 9 ayda görülən işlərlə bağlı çıxış edib.
Daha sonra maliyyə naziri Samir Şərifov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, gənclər və idman naziri Azad Rəhimov çıxış edib.