Prezident İlham Əliyev Bakıda səfərdə olan Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Ali Erbaşı qəbul edib.
Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı bu gün həm də Misir diyarının müftisi Şövqi İbrahim Alləmi, Səudiyyə Ərəbistanı Krallığının İslam işləri, dəvət və irşad nazirinin müavini Tofiq Əl-Sudeyrini, Özbəkistan prezidentinin dövlət müşaviri Rustam Kamilovu da qəbul edib.