Dekabrın 26-da Bakıda Heydər məscidinin açılışı olub. Lent.az-ın məlumatına görə, prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
Dövlət başçısının tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub.
Prezident İlham Əliyev məscidin tikintisini daim diqqət mərkəzində saxlayıb, burada həyata keçirilən inşaat işlərinin gedişi ilə yaxından maraqlanıb, mütəmadi olaraq bura gələrək görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib. Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir.
Sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Heydər məscidinin açılışı münasibətilə keçirilən mərasimdə iştirak ediblər.
Mərasim “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb.
Prezident İlham Əliyev mərasimdə çıxış edərək ölkəmizin həyatında əlamətdar və tarixi hadisə olan Heydər məscidinin açılışı münasibətilə təbriklərini çatdırıb.
Sonra Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi Şafik Pşixaçev və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış etdilər.
Sonda Heydər Əliyevin və xanımı Zərifə Əliyevanın, o cümlədən Vətən uğrunda şəhid olanların ruhuna fatihə verilib.
![Prezident və xanımı Heydər məscidinin açılışında](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Prezident və xanımı Heydər məscidinin açılışında
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinə şikayət edəcək
27 iyul 2024 , 15:19![87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb](https://lent.az/storage/news/2024/july/27/big/66a4ce1cba8ac66a4ce1cba8ad172207670066a4ce1cba8a866a4ce1cba8aa.webp)
87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
27 iyul 2024 , 14:36![Məzahir Pənahovdan deputatlığa namizədlərə XƏBƏRDARLIQ](https://lent.az/storage/news/2024/july/27/big/66a4cb7f2a8b366a4cb7f2a8b4172207603166a4cb7f2a8ae66a4cb7f2a8b0.jpg)
Məzahir Pənahovdan deputatlığa namizədlərə XƏBƏRDARLIQ
27 iyul 2024 , 14:26![Sərdar Cəlaloğlu namizədliyini geri götürdü](https://lent.az/storage/news/2024/july/26/big/66a3ce7e1dffc66a3ce7e1dffd172201126266a3ce7e1dff766a3ce7e1dff9.jpg)
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü
26 iyul 2024 , 20:27![Naxçıvan MSK-nın sədri deputat olmaq üçün istefa verdi](https://lent.az/storage/news/2024/july/26/big/66a34e90016fe66a34e90016ff172197851266a34e90016f966a34e90016fc.jpg)
Naxçıvan MSK-nın sədri deputat olmaq üçün istefa verdi
26 iyul 2024 , 11:21![Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi](https://lent.az/storage/news/2024/july/25/big/66a251d348e1566a251d348e16172191381166a251d348e0f66a251d348e12.jpg)
Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi
25 iyul 2024 , 17:19![Polad Bülbüloğlu](https://lent.az/storage/news/2024/july/25/big/66a1e9bb8206066a1e9bb82062172188716366a1e9bb8205b66a1e9bb8205e.jpg)
Polad Bülbüloğlu Şuşanın deputatı olmaq istəyir - YENİLƏNİB
25 iyul 2024 , 16:11![Tovuzda erməni təxribatının qarşısı alındı](https://lent.az/storage/news/2024/july/25/big/66a23fec240eb66a23fec240ed172190922866a23fec240e566a23fec240e8.webp)