Prezident İlham Əliyev Türkiyə iqtisadiyyat naziri Nihad Zeybekçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın məlumatına görə, N. Zeybekçi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycanın dövlət başçısına çatdırıb.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrimizin siyasi, iqtisadi, enerji, qarşılıqlı sərmayə qoyuluşu, infrastruktur, müasir sənaye parklarının yaradılması, ticarət, kənd təsərrüfatı və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlət başçısına çatdırmağı xahiş edib.