Prezident Tatarıstanlı həmkarını təbrik edib
18 sentyabr 2015 18:00 (UTC +04:00)

Prezident Tatarıstanlı həmkarını təbrik edib

Prezident İlham Əliyev Tatarıstan prezidenti Rüstəm Minnixanova  prezident vəzifəsinə seçilməsi münasibətilə təbrik məktubu göndərib.

Lent.az-ın president.az-a istinadən məlumatına görə, təbrik məktubunda belə deyilir:

 

Hörmətli Rüstəm Nurqaliyeviç,

Sizi Tatarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə təbrik edirəm.

Əminəm ki, xalqlarımız arasında sıx dostluq telləri və mehriban münasibətlər bundan sonra da möhkəmlənəcək və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında çoxplanlı əməkdaşlığın dinamik inkişafına kömək edəcək.

Sizi və Tatarıstanın bütün müsəlmanlarını həm də birlik, xeyirxahlıq və mərhəmət kimi ali mənəvi dəyərlərin təcəssümü olan müqəddəs Qurban Bayramı münasibətilə təbrik edirəm.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Tatarıstan xalqına sülh və firavanlıq diləyirəm.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 86
avatar

Oxşar yazılar