Prezident Tailand kralını təbrik edib
04 dekabr 2014 18:59 (UTC +04:00)

Prezident Tailand kralını təbrik edib

0

Azərbaycan prezidenti İlham Əliyev Tailand kralı Bhumibol Adulyadeji ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

 

Lent.az-ın məlumatına görə, dövlət başçısının təbrik məktubunda deyilir:

 

“Əlahəzrət, Tailand Krallığının milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tailand xalqına sülh və rifah diləyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar