Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri əlahəzrət Salman bin Əbdüləziz Al Səuda ölkəsinin milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə təbrik məktub yollayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, təbrik məktubunda deyilir: “Əlahəzrət, əziz qardaşım, ölkənizin milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.