Prezident seçkiləri oktyabrın 9-da keçiriləcək
02 avqust 2013 14:24 (UTC +04:00)

Prezident seçkiləri oktyabrın 9-da keçiriləcək

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.


Lent.az-ın verdiyi məlumata görə, Məzahir Pənahov deyib ki, Seçki Məcəlləsinin 178.1-ci maddəsinə görə Prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddətinin başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur.

Lakin həmin gün Qurban bayramına təsadüf etdiyindən, Seçki Məcəlləsinin digər maddəsinə görə, seçkilərin keçirilməsi günü dəyişdirilib. MSK sədri prezident seçkilərinin oktyabrın 9-da keçirilməsinin təklif olunduğunu söyləyib.

Aparılan müzakirələrdən sonra 9 oktyabr 2013-cü il Azərbaycan Respublikası Prezidentinin seçkiləri gününün elan edilməsi və seçkilərə rəsmi start verilməsinə dair qərar verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2258
avatar

Oxşar yazılar