Prezident İlham Əliyevə məlumat verilib ki,, bayraq dirəyinin hündürlüyü 26 metrdir. Meydan Şabranın giriş hissəsində yerləşir. Ərazidə geniş abadlıq işləri aparılıb, yaşıllıq salınıb. Əhalinin istirahəti üçün hər cür şəraitin yaradıldığı meydanda müasir işıqlandırma sistemi quraşdırılıb.
Diqqətə çatdırılıb ki, meydan inşa olunarkən burada Azərbaycan memarlıq məktəbinin elementlərindən geniş istifadə edilib. Bayraq Meydanındakı binada Azərbaycanın dövlət atributları, Şabran rayonunun emblemi və qədim xəritəsi, üçüncü mərtəbədə bölgənin xalçaçılıq sənətinin tarixi ilə bağlı ekspozisiya, dördüncü mərtəbədə “Xınayaxdı” folklor xalq kollektivinin dekorativ xalq tətbiqi sənəti nümunələri, beşinci mərtəbədə rayonun həvəskar rəssamlarının yağlı boya ilə çəkilmiş əsərləri nümayiş etdirilir.
Dövlət başçısına görüləcək növbəti işlər barədə məlumat verilib.