Prezident Rusiyanın səhiyyə nazirini qəbul edib
15 sentyabr 2015 15:03 (UTC +04:00)

Prezident Rusiyanın səhiyyə nazirini qəbul edib

 

Prezident İlham Əliyev Rusiya Federasiyasının səhiyyə naziri Veronika Skvortsovanı qəbul edib.

Lent.az-ın president.az-a istinadən məlumatına görə, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılışını əlamətdar hadisə kimi dəyərləndirən prezident İlham Əliyev Rusiya Federasiyasının nüfuzlu ali təhsil ocaqlarından artıq ikincisinin ölkəmizdə fəaliyyətə başladığını vurğulayaraq bu universitetdə də təhsilin yüksək səviyyədə olacağına əminliyini bildirib.

Rusiyanın səhiyyə naziri Veronika Skvortsova Mehriban Əliyevanın bu ali təhsil ocağını əla qiymətlərlə bitirdiyini və bunu təsdiq edən sənədlərin universitetin muzeyində saxlanıldığını qeyd edərək Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında təhsilin nəzəri və praktiki hazırlıq baxımından ən yüksək və müasir səviyyədə olacağına əminliyini ifadə edib.

Tələbələrdə ilk kursdan xəstələrlə işləmək bacarığı formalaşdırılmasının əhəmiyyətinə toxunan Rusiyanın səhiyyə naziri bu məqsədlə xüsusi klinikanın seçilməsi məsələsinin də müzakirə olunduğunu deyib. Professor-müəllim heyətinin peşəkarlığının ən yüksək səviyyədə olduğunu deyən nazir bu məsələnin daim nəzarətdə saxlanılacağını bildirib.

Azərbaycanda səhiyyə sahəsində görülən işlərə toxunan prezident İlham Əliyev paytaxtda və regionlarda ən müasir tibb ocaqlarının inşa edildiyini və yüksək tələblərə cavab verən tibbi avadanlıqla təchiz edildiyini diqqətə çatdıraraq hər il dövlət proqramı çərçivəsində azərbaycanlı gənclərin dünyanın müxtəlif ali məktəblərinə təhsil almaq üçün göndərildiyini deyən dövlətimizin başçısı bu cür ixtisaslaşmış universitetlərin ölkəmizdə yaradılmasının önəmini qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 272
avatar

Oxşar yazılar