Prezident İlham Əliyev bu gün Qırğız Respublikası baş nazirinin birinci müavini, Azərbaycan-Qırğız Respublikası hökumətlərarası iqtisadi-humanitar komissiyasının həmsədri Tayırbek Sarpaşevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, baş nazirin birinci müavini Tayırbek Sarpaşev Qırğız Respublikası prezidenti Almazbek Atambayevin salamlarını dövlət başçısına çatdırıb.
Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin razılıq doğurduğu vurğulanıb, iqtisadi, ticarət, humanitar və digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsinin önəmi qeyd edilib, Tayırbek Sarpaşevin ölkəmizə səfərinin bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.
Dövlət başçısı prezident Almazbek Atambayevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qırğız Respublikası dövlətinin başçısına çatdırmağı xahiş edib.