Prezident qazaxıstanlı həmkarını təbrik etdi
15 dekabr 2014 19:59 (UTC +04:00)

Prezident qazaxıstanlı həmkarını təbrik etdi

0

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevi Qazaxıstanın milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib. Lent.az-ın verdiyi xəbərə görə, təbrikdə deyilir: “Azərbaycan ilə Qazaxıstanı sıx qardaşlıq telləri, tarixən yaranmış dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri bağlayır. Bu gün Sizin rəhbərliyinizlə qardaş Qazaxıstan ölkənin dünya birliyində nüfuzunun möhkəmləndirilməsi yolunda inamla irəliləyir. Bu yaxınlardakı görüşlərimizi və söhbətlərimizi yüksək qiymətləndirir və böyük səmimiyyətlə xatırlayıram.

Əminəm ki, Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişaf etməsi və möhkəmlənməsi, çoxplanlı qarşılıqlı əlaqələr və qarşılıqlı dəstək bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafeyinə xidmət edəcəkdir.

Hörmətli Nursultan Abişeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uğurlar və firavanlıq, qardaş Qazaxıstan xalqına isə sülh və tərəqqi arzulayıram”.

 

Bundan başqa prezident İlham Əliyev Bəhreynin kralı Şeyx Həməd bin İsa Al Xəlifəni Bəhreyn Krallığının Milli günü münasibətilə də təbrik edib. Təbrikdə deyilir: “Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Bəhreyn münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 281

Oxşar yazılar