Prezident Pakistan və Hindistan rəhbərlərinə başsağlığı verib
11 sentyabr 2014 19:46 (UTC +04:00)

Prezident Pakistan və Hindistan rəhbərlərinə başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Pakistan və Hindistanda baş vermiş təbii fəlakətlə bağlı bu ölkələrin rəhbərlərinə başsağlığı verib.

 

APA-nın xəbərinə görə, dövlət başçısı Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynə və Hindistan prezidenti Pranab Mukherciyə məktub göndərib. O, məktubunda hər iki ölkədə baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərdən kədərləndiyini bildirərək həmkarlarına, eləcə də həlak olanların ailələrinə və yaxınlarına, Pakistan və Hindistan xalqlarına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 736
avatar

Oxşar yazılar