Prezident İlham Əliyev Kürdəmir şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, sərəncama əsasən, Maliyyə Nazirliyinə Kürdəmir şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Kürdəmir Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılmasını təmin etmək tapşırılıb.