Prezident kraliça II Elizabeti təbrik edib
12 iyun 2015 18:56 (UTC +04:00)

Prezident kraliça II Elizabeti təbrik edib

0

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə Krallığın milli bayramı – Təvəllüd günü münasibətilə təbrik məktubu  göndərib. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, təbrik məktubunda belə deyilir:

Ülyahəzrət,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqına daim sülh və firavanlıq arzulayıram.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar