Prezident İlham Əliyev Koreya Əmək Partiyasının Birinci Katibi, Koreya Xalq Demokratik Respublikası Dövlət Müdafiə Komitəsinin Birinci Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı Kim Çen Ina Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə təbrik məktubu yazıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:
"Zati-aliləri,
Ölkənizin milli bayramı – Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah diləyirəm".
Prezident İlham Əliyev həmçinin Tacikistan prezidenti Emoməli Rəhmonu bu ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.