Prezident koreyalı həmkarına başsağlığı verib
27 yanvar 2018 12:34 (UTC +04:00)

Prezident koreyalı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Koreya Prezidenti Mun Ce-inə başsağlığı verib.
 
Lent.az azərtac-a istinadən bildirir ki, başsağlığında deyilir: "Hörmətli cənab Prezident, Miryan şəhərində xəstəxanada baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndim.
 
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 283
avatar

Oxşar yazılar