Prezident İlham Əliyev bolqarıstanlı həmkarı Rosen Plevneliyevə başsağlığı verib. Lent.az-ın məlumatına görə, başsağlığında deyilir: "Bolqarıstanın keçmiş rezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Jelyu Jelevin vəfatı xəbəri məni olduqca kədərləndirdi.Bu ağır itki ilə əlaqədar sizə, mərhumun ailəsinə, bütün Bolqarıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".