Prezident İlham Əliyev bu gün Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib. Lent.az-ın president.az-a istinadən məlumatına görə, Türkiyə prezidenti də öz növbəsində göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə ediblər.