Dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sumqayıt şəhərinə səfər ediblər. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə,
dövlət başçısı və xanımı Mehriban Əliyeva Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
Prezident İlham Əliyevə ölkəmizin ən iri sənaye mərkəzlərindən biri olan Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verilib.