Prezident İlham Əliyev sərəncam imzalayıb
10 avqust 2015 18:55 (UTC +04:00)

Prezident İlham Əliyev sərəncam imzalayıb

0

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, 2012-ci il avqustun 28-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 513-IVQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in yerinə yetirilməsinə yardım etmək məqsədi ilə Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilib.

Komissiyanın həmsədri

İltimas Məmmədov - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Komissiyanın üzvləri:

Sahib Məmmədov - Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini

Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini

Ragim Lətifov - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Firdovsi Əliyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Arif Əsgərov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Nazim Səmədov - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Rəmzi Teymurov - Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Xəzər Fərhadov - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Birinci Asiya İdarəsinin rəisi.

 Xarici İşlər Nazirliyinə bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Koreya Respublikası tərəfinə müvafiq bildiriş göndərməsi tapşırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 273

Oxşar yazılar