İlham Əliyev Davosda bir sıra görüşlər keçirib
23 yanvar 2015 13:30 (UTC +04:00)

İlham Əliyev Davosda bir sıra görüşlər keçirib

0

Prezident İlham Əliyevin Monako şahzadəsi II Albert ilə Davosda görüşü olub. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycanla Monako arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunub, mədəniyyət sahəsində əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib.

Söhbət zamanı birinci Avropa Oyunlarına hazırlıq məsələlərinə və beynəlxalq səviyyədə sərgilərin təşkili sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

 

Prezidenti İlham Əliyev həmçinin Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə də görüşüb.

 

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, ölkələrimizin həyata keçirdiyi qlobal enerji layihələrinin önəmi vurğulanıb. 

Azərbaycan ilə Gürcüstanın iqtisadi əməkdaşlığının daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunun qeyd edildiyi görüşdə ikitərəfli münasibətlər, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar