Prezident İlham Əliyev Portuqaliyanın prezidenti Anibal Kavaku Silvaya ölkənin milli bayramı – Portuqaliya günü münasibətilə təbrik məktubu göndərib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Portuqaliya günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına daim sülh və firavanlıq diləyirəm".