Prezident Azərbaycan-Böyük Britaniya hökumətlərarası komissiyasının tərkibini təsdiqləyib - <span style="color:red;">SİYAHI
10 avqust 2015 18:59 (UTC +04:00)

Prezident Azərbaycan-Böyük Britaniya hökumətlərarası komissiyasının tərkibini təsdiqləyib - SİYAHI

0

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Lent.az-ın president.az-a istinadən məlumatına görə, 2015-ci il martın 2-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 1205 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında Anlaşma Memorandumu”nun icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilib.

Komissiyanın həmsədri

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri

Komissiyanın üzvləri:

Vaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Gülməmməd Cavadov - Azərbaycan Respublikası energetika nazirinin müavini

Elmir Vəlizadə - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini

Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Ceyhun Bayramov - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Nigar Əliyeva - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

İntiqam Babayev - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Xəqani Abdullayev - Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini

Elşad Nəsirov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Tahir Tağızadə - Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri

Namiq Xəlilov - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi.

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə isə bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 313

Oxşar yazılar