Prezident İlham Əliyev Macarıstan prezidenti Yanoş Aderi ölkəsinin milli bayramı münasibətilə təbrik edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, prezidentin məktubunda deyilir: “Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Macarıstanı möhkəm dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Macarıstan xalqına daim sülh və rifah diləyirəm”.