Prezident Jirinovskini qəbul etdi
26 sentyabr 2014 14:32 (UTC +04:00)

Prezident Jirinovskini qəbul etdi

Prezident İlham Əliyev bu gün Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovskini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin möhkəmlənməsində parlamentlərarası əməkdaşlığın rolu qeyd edilib. İki ölkənin ali qanunvericilik orqanları arasında əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.


Söhbət zamanı ikitərəfli münasibətlər, o cümlədən parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2250
avatar

Oxşar yazılar