Prezident İlham Əliyev Rusiyanın Həştərxan şəhərinə işgüzar səfərə gəlib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, prezident İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində iştirak etmək üçün sentyabrın 29-da Rusiyanın Həştərxan şəhərinə işgüzar səfər edib.
Həştərxan şəhərinin Beynəlxalq Hava Limanında prezident İlham Əliyevi yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.