Prezident İlham Əliyev həmkarlarını təbrik edib
31 iyul 2014 18:31 (UTC +04:00)

Prezident İlham Əliyev həmkarlarını təbrik edib

0

Prezident İlham Əliyev isveçrəli həmkarı Didye Burkhalterə təbrik məktubu yollayıb.Lent.az-ın məlumatına görə, dövlət başçısının təbrik məktubunda deyilir: "Ölkənizin milli bayramı – Konfederasiyanın yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

Bu gün Azərbaycan-İsveçrə münasibətləri dinamik şəkildə inkişaf edərək yeni məzmun kəsb etmişdir. İnanıram ki, dostluq əlaqələrimizin möhkəmlənməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın dərinləşməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

 

 

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İsveçrə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

 

Prezident İlham Əliyev Benin Respublikasının prezidenti Boni Yayiyədə təbrik məktubu göndərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 865

Oxşar yazılar