Prezident İlham Əliyev filippinli həmkarını təbrik etdi
30 iyun 2016 16:48 (UTC +04:00)

Prezident İlham Əliyev filippinli həmkarını təbrik etdi

Prezident İlham Əliyev filippinli həmkarı Rodriqo Duterteyə təbrik məktubu göndərib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, məktubda deyilir:

“Filippin Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Filippin arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Filippin xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 105
avatar

Oxşar yazılar