Bu gün prezident İlham Əliyevin Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin ilə Münxendə görüşü olub. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. Habelə ölkələrimizin faydalı qarşılıqlı təcrübə mübadiləsi apardığı qeyd olunub.
Söhbət zamanı tikinti, nəqliyyat, kənd təsərrüfatı, yük daşımaları, sərmayə qoyuluşu və digər sahələrdə layihələrin həyata keçirilməsi, treninqlərin təşkili istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev əfqanıstanlı həmkarı ilə görüşüb
0
0
0
0