Prezident İlham Əliyev Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.
Lent.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini qarşılayıb.
Prezidentlər birgə foto çəkdiriblər.
Daha sonra dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Prezident İlham Əliyev Məhəmməd Əşrəf Qanini seçkilərdə qazandığı qələbə münasibətilə Azərbaycan xalqı adından və öz adından təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. “Bu səfər bizim əməkdaşlığımızın, dostluğumuzun göstəricisidir və mən əminəm ki, biz bütün sahələrdə əməkdaşlığımızı davam etdirəcəyik”, - deyən Azərbaycan prezidenti ölkələrimiz arasında çox yaxşı siyasi əlaqələrin olduğunu bildirdi. Qeyd edib ki, Azərbaycan və Əfqanıstan hər zaman beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. İqtisadi əməkdaşlıq üçün də yaxşı imkanlar mövcuddur, ticarət dövriyyəsi artır, bu sahədə yaxşı dinamika müşahidə olunur. Bu səfərdən sonra ticarət, investisiya, enerji və digər sahələrdə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlavə tədbirlərin görüləcəyinə ümidvar olduğunu bildirən prezident İlham Əliyev ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. “Biz hər sahədə fəal əməkdaşlığa hazırıq, çünki Əfqanıstan bizim üçün qardaş ölkədir və xalqlarımız əsrlər boyu sülh və dostluq şəraitində yaşayıb”, - deyən dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığı daha da genişləndirmək üçün bütün imkanlardan istifadə edilməsinin vacibliyini bildirib, Əfqanıstan prezidentinin ölkəmizə səfərinin yaxşı nəticələri olacağına əminliyini ifadə edib.
Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. “İlk növbədə Sizi Azərbaycanın möhtəşəm uğurları münasibətilə təbrik edirəm”, - deyən Əfqanıstan dövlətinin başçısı bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə baş verən dəyişikliklərin bir örnək olduğunu vurğulayıb. Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirən Məhəmməd Əşrəf Qani ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən islahatları öyrənmək arzusunu diqqətə çatdırdı. “Sizi Azərbaycanın neftə əsaslanan iqtisadiyyatını çox zəngin, şaxələndirilmiş iqtisadiyyata çevirməyiniz münasibətilə bir daha təbrik edirəm”, - deyən prezident Məhəmməd Əşrəf Qani Əfqanıstanda sülhyaratma missiyasına Azərbaycan hərbçilərinin verdiyi töhfəyə görə minnətdarlığını bildirdi. Məhəmməd Əşrəf Qani dövlətimizin başçısına Əfqanıstana yatırılan investisiyalara görə də təşəkkür edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıldı. Dövlət başçıları, həmçinin regional əməkdaşlıq, investisiya, energetika, inşaat, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Sonra Azərbaycan prezidenti İlham Əliyev, Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani və Əfqanıstanın icra rəisi Abdulla Abdulla çay süfrəsi arxasında söhbəti davam etdiriblər.

İlham Əliyev Əfqanıstan prezidenti ilə görüşüb
Oxşar yazılar

İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51
“Qəhvəyi vəba” yenidən canlandı... indi Rusiyada: şovinizm dövlət normasına çevriləndə – BAXIŞ NÖQTƏSİ
29 iyun 2025 , 17:05
Özünüzü qoruyun: MOSSAD-dan iranlılara MESAJ
29 iyun 2025 , 14:28