İyulun 8-də Varşavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşü olub.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, görüşdə Azərbaycan və Əfqanıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Hər iki ölkə arasında iqtisadiyyat, təhlükəsizlik, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.