Prezident İlham Əliyev indoneziyalı həmkarı Coko Vidodoya təbrik məktubu gönədirib. Lent.az-ın məlumatına görə, təbrikdə deyilir:
"İndoneziya Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İndoneziya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".
Prezident Coko Vidodonı təbrik edib
552