Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 29-da ABŞ senatoru Riçard Luqarı qəbul edib. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, Bakıda keçirilən “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunun yüksək səviyyədə təşkil olunduğu qeyd edilib, Forumun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb.