Lent.az-ın məlumatına görə, dövlət başçısı Azərbaycanla ABŞ arasında energetika sahəsində uzun illər səmərəli əməkdaşlıqdan məmnunluğunu bildirdi, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələrə Birləşmiş Ştatlar hökumətinin verdiyi dəstəyin önəmini qeyd edib.
“Cənub” qaz dəhlizi layihəsinin böyük regional əhəmiyyət daşıdığını vurğulayan Amos Hokstayn layihənin təməlqoyma mərasimi münasibətilə prezident İlham Əliyevi təbrik edib.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.