“Təəssüflər olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb. Mövcud status-kvonun yolverilməzliyi ilə bağlı səslənən fikirlərə Ermənistan məhəl qoymur”. Lent.az-ın məlumatına görə, bunu dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin bu gün keçirilən iclasında bildirib. Onun sözlərinə görə, bu fikri səsləndirən qüvvələr təsirli addımlar atmır: “Azərbaycan bütün sahələrdə inkişaf edir. Ordu quruculuğu yüksək səviyyədə həyata keçirilir. Gələn ilin dövlət büdcəsində hərbi xərclərə xüsusi diqqət yetiriləcək”-deyə, Prezident İlham Əliyev əlavə edib.
Cənub qaz dəhlizi layihəsindən də danışan dövlət başçısı vurğulayıb ki, bu, tarixi hadisədir: “”Heç kəsə sirr deyil ki, burada əsas rolu Azərbaycan oynayıb. Bu, bizim təşəbbüsümüz idi. Tərəfdaşlarla birgə bu layihəni icra edəcəyik”.
Prezident bildirib ki, qaz dəhlizi kəmərinin tikintisi zamanı 10 minlərlə Azərbaycan vətəndaşı işlə təmin ediləcək: “Bu layihə Azərbaycana siyasi divident və gəlir gətirəcək”.
Ölkə başçısı onu da bildirib ki, ilin sonuna kimi investisiya proqramı tam icra olunacaq: “Məktəblərin, uşaq bağçalarının və müasir səhiyyə ocaqlarının tikintisi davam etdiriləcək”.